Panik atak nədir, əlamətləri və müalicəsi necədir? - PSİXOLOQ İZAH ETDİ
"Telefon zəngi, qəfil zənglər, qapının döyülməsi, qapı zənginin səsi və sair bəzi insanlarda panika yarada bilir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
O bildirib ki, belə insanlar iki yerə bölünürlər: "Ya ümumi təşviş, həyəcanı olan insanlar olur, ya da xarakter olaraq həyəcanlı tiplər olur ki, yəni onlarda travmaya bağlı deyil, sadəcə özlərindən xarakter olaraq həyəcanlı və təşvişlidirlər.
Belə insanlarda təşviş daha çox genetik olur. Ailədə ana, ya da ata bu cürdürsə, belə ailədə böyüyüb, tərbiyə alınıbsa, hər səsə narahat olurlar, "zəng gəldi", "nəsə pis xəbər olacaq", neqativ düşüncələr burada böyük rol oynayır.
Amma bəzən də insanlarda travma olur. Məsələn, qəfil xəbər eşidibsə, zəngdən sonra kiminsə ölüm xəbərini bilibsə, həmin insanda qorxu olur. Belə insanlarda təşviş, həyəcan çox olur. Çünki əvvəldən bəlli travmaları var, o travmaya bağlı həyəcan, təşviş ola bilir. Buna görə də, biz hər kəsə bunu deyə bilmirik. Bilməliyik ki, onun xarakterinə bağlıdır, yoxsa travmaya bağlıdır. Hər iki halda müsbət dəyişikliklər etmək olur. Əsas odur ki, özü öz üzərində işləyə bilsin, olmursa, psixoloji dəstək alır. Çünki almazsa, belə hadisələr ard-arda davam edərsə, artıq belə insanlarda panik atak, yaxud da, ümumiyyətlə, təşviş həyəcan pozuntusu yarana bilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB