Masallıda ölümlə nəticələnən yol qəzası baş verib

Masallıda baş verən qəzada 13 yaşlı sərnişin ölüb, sürücü isə xəsarət alıb. SİA xəbər verir ki, sentyabrın 7-də saat 02 radələrində Ali Mamedov idarə etdiyi "VAZ 21074" markalı avtomobillə Masallı rayonunun Şıxlar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə avtomobildə olan 13 yaşlı sərnişin aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib, sürücü isə müxtəlif bədən xəsarətləri alıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə