Regionlarda məktəb açılışları olub - FOTOLAR

Bərdə, Quba, Ucar rayonlarında məktəb açılışları olub. Elm və Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, Bərdə rayonu Nazim Hüseynov adına Alpoud kənd tam orta məktəbinin yeni binasının açılışı olub. Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov, sektor müdirləri və məktəb kollektivi iştirak ediblər. Qonaqlar yeni təhsil ocağında yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, ikimərtəbəli məktəb 264 şagird yerlikdir. Məktəbdə direktor və müavininin otağı, müəllimlər otağı, 11 sinif otağı, 1 tibb otağı, idman zalı, idman müəlliminin otağı, bufet, texniki işçilərin otağı, 2 mühafizə otağı, fizika, kimya, biologiya, informatika kabinetləri, hərbi kabinet, qızlar və oğlanlar üçün texnologiya otaqları, 84 yerlik iclas zalı, kitabxana mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə