Cari ildə Naxçıvanda 7 mindən çox “ASAN İmza” sertifikatı verilib

Cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 28 min 165 şəxs qəbul edilib. Xidmətin mətbuat xidmətindən SİA-ya bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 37 min 352 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Yanvar-avqust aylarında vergi ödəyicilərinə 354 min 613 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, ödəyicilərlə 62 görüş keçirilib, 454 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 3872 müraciət üzrə 7053 “ASAN İmza” sertifikatı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə