Gözəllik salonu və restoranda dəyən zərərin məsuliyyəti kimin üzərinə düşür? - MÜNASİBƏT BİLDİRİLDİ
"Gözəllik salonu və ya restoranda, yaxud bu kimi xidmət sektorunda dəyən zərərlə bağlı mübahisələr Mülki Məcəllə ilə tənzimlənir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.

O bildirib ki, ona göstərilən xidmət nəticəsində ziyana uğramış şəxs həm zərərvuran işçidən, həm də onu işəgötürən şəxsdən dəymiş zərəri tələb edə bilər: "Belə ki, Mülki Məcəllənin 1099-cu maddəsinə görə, Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun".
"Əgər şəxs hansısa restoran, gözəllik mərkəzi, tədris mərkəzi və digər mülki hüquq münasibətinə daxil olduğu mərkəzin əməkdaşının təqsirli və hüquqa zidd əməli nəticəsində zərərə uğrayıbsa, bu zərərin ödənilməsini məhkəmə qaydasında həm zərəri vuran işçidən, həm də mərkəzdən (və ya iaşə obyektindən) tələb edə bilər. Bu halda zərərin həmin əməl nəticəsində baş verdiyini sübut etmək yükü zərərçəkənin üzərinə düşür" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB