“Əhali artımı ekologiyaya mənfi təsirləri artırır” - EKOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Əhali artımı ekologiyaya mənfi təsirləri artırır” - EKOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Planeti əhatə edən ekoloji problemlərin bütövlükdə hər biri iqlim dəyişmələri ilə əlaqədar deyil. İqlim dəyişmələr təbii mühitin problemidir. Amma antropogen amillər də iqlim dəyişmələrinə öz təsirini göstərir. İqlim dəyişmələrində dövrülük qanunu özünü göstərir. İqlim dəyişmələri dedikdə daha çox quraqlıqlar nəzərdə tutulsa belə, bəzi ölkələr məhz yağıntıdan əziyyət çəkir. Planet əhalisinin iki qat artımı, tələbatının artması və insanlar tərəfindən yaradılan problemlər ekologiyaya öz mənfi təsirini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

O bildirib ki, əhalinin artımı tələbatların da artması deməkdir: “Bu zaman isə müəyyən dərəcədə ekoloji problemlərə yol açır. Planetə elmi baxımdan düzgün yanaşsaq problemləri xeyli dərəcədə azalda bilərik. Xüsusilə də bu zaman texnogen problemlər aradan qalxar. Hazırda plastik kütlədən oksigen əldə olunması məsələsi təcrübədən keçirilir. Bu proses artıq bir müddət sonra sənaye üsuluna keçirilə bilər. Həmçinin dənizdəki tullantıları azalda bilsək, ekoloji problemlər sahəsindəki işimiz xeyli azala bilər. Ekologiyada problemlərin həllinə elmi yanaşma lazımdır.

Günəş enerjisindən istifadə zamanı bir sıra torpaq ərazisi istifadəyə yararsız hala düşür. Torpaq sahəsində günəş enerjisindən istifadə problem yaradır. Lakin panelləri nisbətən yuxarı qaldıraraq aşağı hissədən parnik kimi istifadə etmək olar. Bu cür hallar ekologiyanın bərpasına mühüm dəstək verir. Həmçinin hesab edirəm ki, ölkəmizdə sululuq dövrü yaxınlaşır. Bu zaman çaylardan da enerji əldə olunacaq. Xəzər dənizində isə külək enerjisindən istifadə etmək olar".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə