BDU kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

BDU kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

Bakı Dövlət Universitetinin (BDU) kollektivi universitetin 105 illik yubileyi ilə əlaqədar Fəxri xiyabanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib. Ulu Öndərin məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb, xatirəsi hörmət və ehtiramla yad edilib. Bu barədə SİA-ya universitetdən bildirilib.

Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib. BDU kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüb.

Bütün xəbərlər Facebook səhifəmizdə