Niyə elektromobillərə keçməliyik? - MÜNASİBƏT BİLDİRİLDİ

Niyə elektromobillərə keçməliyik? - MÜNASİBƏT BİLDİRİLDİ

""Elektromobillərə niyə keçməliyik?" sualı çox düşündürücü sualdır. Bu günün tələblərinə uyğundur". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

O bildirib ki, çünki elektromobillər dövrümüzün ən tələb olunan, müasir texnologiyalara uyğun vasitəsidir: "Elektromobillərə keçidlə bağlı dünyanın müasir ölkələri, xüsusən texnologiyanın, innovasiyanın yüksək, pik həddində olan dünya ölkələri müxtəlif layihələr həyata keçirirlər. Çünki alternativ enerjinin istifadəyə verilməsi və ondan istifadə qaydalarının daha da təkmilləşdirilməsi sahəsində dünya ölkələri müəyyən işlər görməkdədir. Burada əsas məqsəd ənənəvi yanacaqdan azad olmaqdır. Bunun yollarını araşdırırlar. Ən əsas məsələlərdən biri də daha uyğun perspektivdə olan yolların təkmilləşdirilməsi və onlara əlçatan subyektlərin təmin olunmasıdır".

"Yəni ənənəvi yanacaq növü olan benzin, keratin, dizel, qaz, texnologiya ilə işləyən avtomobillər və nəqliyyat vasitələri ekologiyanı çirkləndirməklə yanaşı, onların yanacaq sərhədində məsrəflər də artıqdır. Yəni onlar enerjini çox aparır və onun xərci də çox olur. Məsələn, 10 kilometrlik məsafəni 1 litr yanacaq ölçü vahidi ilə ölçsək, elektromobildə bu sərf yarıya qədər, təxminən 0,5 litr həcmində işi təmin edə bilər. Amma normalda isə bu 1 litr yanacağa uyğundur. Hər yanacaq qiymətinə vurduqda, hesabladıqda görəcəyik ki, vətəndaş üçün külli miqdarda maliyyə itkisidir. Ona görə də vətəndaşlar və digər dövlət subyektləri bunları nəzərə alırlar. Onlar isə əsas predmet olaraq məsrəfin çox olmaması üçün işlər görmək istəyirlər. Onun üçün də qiymətlərin aşağı olması onlar üçün daha uyğundur. Yəni xərci az olsun.

Bu kimi amillər elektromobillərə tələbatı artırır. Dövrümüz üçün daha ehtiyac olunan yanacağın təmin olunması uğrunda işlər aparılır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə