"Avtobusların bir-biri ilə yarış etməsi təəssüfləndirici addımdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Avtobusların bir-biri ilə yarış etməsi təəssüfləndirici addımdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Avtobusların bir-biri ilə yarış etməsi təəssüfləndirici addımdır. Burada dispeçer nizamlanmasının bir problemi var ki, xətlər kəsişir və bir xətt üzrə bir neçə marşrut xəttinin kəsişməsi nəticəsində maraqlar toqquşur. Rəqabət çətin duruma gəlir və risk altına düşür". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, yaxşı olar ki, eyni xətt üzrə yox, ümumi istiqamət üzrə daşıyıcılar arasında balans olsun: "Bu balansIn sayəsində hər bir avtobus hərəkət edə, onun gediş-gəlişi təmin oluna bilər. Əks halda bu proses çox çətinləşəcək".

Aslan Əsədov sözlərinə belə davam edib: "Burada başqa bir problem görülmür. Xətlərə yenidən baxılması, əlavə və düzəlişlər etmək vacib şərtlərdəndir. Digər bir məsələ isə hər bir avtobus xəttində onlar üçün avtobus zolaqları ayrılır və bu kifayət qədər genişdir. Ən azı bir çox yerlərdə iki avtobus üçün xətlər ayrılıb ki, onlar rahat hərəkət etsin".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə