Naxçıvanda bu ilin yeddi ayında 17 min 418 nəfər sosial müavinət alıb

Naxçıvanda bu ilin yeddi ayında 17 min 418 nəfər sosial müavinət alıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 17 min 418 nəfər sosial müavinət, 16 min 597 nəfər Prezidentin aylıq təqaüdü ilə təmin edilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 23.895,663 manat, Prezident təqaüdləri üzrə 16.354,417 manat ödənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə