“"Meymun çiçəyi" virusu istənilən ölkədə qeydə alına bilər. Çünki bu infeksiya yoluxmadan başlayaraq üç həftə müddət ərzində də keçiriciliyini saxlayır. İstənilən adam yoluxaraq bir ölkədən digərinə sağlam şəkildə gedib, orada artıq xəstələnə bilər. Buna görə də hər bir ölkə bu məsələdə xüsusi diqqətli olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında infeksionist həkim Adil Qeybulla deyib.
O bildirib ki, qabaqlayacı tədbirin əsasını proflaktika təşkil edir: “Mümkün qədər diqqətli olmaq, xəstələri ayırmaq, keçid zonalarında nəzarəti gücləndirmək və əhalini maarifləndirmək lazımdır. Virusun göstəriciləri içərisində baş ağrısı, bel ağrısı, ümumi əzginlik və bədənin zəifləməsi, sonda isə çiçək xəstəliklərinin hamısı üçün xarakterik olan dəridə ağ və sarı qabarcıqların olması yer tutur. Hələ ki, bu virusun karantin rejiminə keçidə ehtiyac yaradacağını düşünmürəm. Karantin daha yerli, lokal xarakter daşıya bilər. Zənnimcə, karantin rejimi olmadan bu dövrü keçirəcəyik və ÜST-də xəstəliyi lokallaşdıracaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB