“Paketlənmiş kofelərin istifadəsi tövsiyyə edilmir” - QURUM RƏSMİSİ DANIŞDI

“Paketlənmiş kofelərin istifadəsi tövsiyyə edilmir” - QURUM RƏSMİSİ DANIŞDI

“Kofe həvəskarları kofeni özlərinin damaq dadına uyğun seçirlər. Məlumdur ki, kofenin qovrulmuş, üyüdülmüş, yarımüyüdülmüş kimi çoxsaylı növləri var. Bir çox ölkələrdə kofe istehsal olunur. Lakin kofe əsasən Braziliyadan bir çox ölkələrə gətirilir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, illər ərzində Azad İstehlakçılar Birliyinə gələn kofe şikayətləri arasında ən qəribəsi Azərbaycanın çox tanınmış həkiminin aldığı kofe ilə bağlı olub: “Belə ki, həmin kofe “Nestle” firmasına aid və kofenin qapağının altındakı falqa açıldıqda içərisində suxari qırıntıları ilə rastlaşdıq. Bu hadisə bizi hələ də təəccübləndirir. Çünki “Nestle” kimi böyük bir istehsalçının məsulları arasında belə bir məsulun olması təəccüb doğurur.

Üç gün öncə İndoneziyanın Bali bölgəsindən alınmış kofelər çox böyük maraq doğurdu. Azad İstehlakçılar Birliyinə də sözügedən kofe nümunəsi gətirilmişdi, həmin kofeni dəmlədikdə tor üzərində heç bir əlavə qalıq qalmadı, tam həll olunur.

Kofeni yaxşı olar ki, gözlərinin qabağında üyüdülən yerlərdən əldə etsinlər. Əlavə dadvericiləri də məhz həmin yerlərdə kofenin tərkibinə əlavə edə bilərlər. Birmənalı şəkildə paketlənmiş kofelərdən çox nadir hallarda istifadə etmək məsləhət görülür. Xüsusilə süd və əlavə qarışımı olan kiçik paketlənmiş kofelərin istifadəsi tövsiyyə edilmir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə