“Valideynlərin psixoloji vəziyyəti uşaqlarda da özünü göstərir” - PSİXOLOQ DANIŞDI
“Valideynlər arasındakı problemlər uşaqların psixoloji inkişafına birmənalı şəkildə təsir göstərir. Bəzən uşaqlar evdə çox dava, ailədaxili münaqişənin şahidi olursa, bu zaman həmin uşaqda müəyyən dərəcədə aqresiyya formalaşır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
O bildirib ki, uşaqlar artıq hiss və emosiyalarını aqressiv şəkildə bildirməyə başlayırlar: “Bu da göstərir ki, uşaqların psixoloji problemləri təbii olaraq uşaqlara yansıyır. Əlbəttə sözügedən psixoloji problemlər uşaqlarda valideynlərində olduğu şəkildə özünü göstərmir, daha fərqli formada təzahür edir.
Valideynlər uşaqlarındakı psixoloji problemləri, aqresiyyanı uşaqlarda iştahsızlığının yaranması, yuxu rejiminin pozulması, baş verən hadisələrə verdikləri reaksiyalar, emosional vəziyyətinin dəyişməsi, dərsdən yayınması, kobudlaşması, özünə xəsarət yetirməyə başlaması, daha çox dostları ilə vaxt keçirməyə meyillənir. Həmçinin uşaqlar bu zaman evdəkilərlə ünsiyyətdən də qaçır və telefon asılılığı yaranır. Bütün sadalananlar uşağın ailədən gördüyü və özündə yaratdığı obrazdır. Uşaq ailədə şiddət görürsə, bunun nəticəsi olaraq ya özünəqapanır, ya da çox emosional və aqressiv birinə çevrilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB