Şəkidə məktəb binası layihəsinin ekoloji qiymətləndirilməsi həyata keçirilib - FOTOLAR

Qurumuş və qəzalı ağacların götürülməsi, tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, bu məqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə növbəti ictimai dinləmə keçirilib. SİA-nın məlumatına görə, Dövlət Ekoloji Ekspertiza Agentliyində müstəqil ekoloqların, dövlət qurumları, tikinti şirkətləri, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Şəki şəhəri 18 nömrəli 720 şagird yerlik tam orta məktəbin tikinti layihəsi altına düşən, Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 163 ünvanında qeyri-yaşayış obyektinin yaxınlığındakı, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 16 ünvanındakı parkda, Şəki şəhərinin küçə və prospektlərində ümumilikdə 134 ədəd müxtəlifcinsli və Xaçmaz rayonu ərazisində, avtomobil yollarının kənarındakı ümumilikdə 68 ədəd müxtəlifcinsli qurumuş və qəzalı vəziyyətdə olan ağacların götürülməsi, habelə kompensasiya mexanizmlərinə dair müzakirələr aparılıb.

İctimai dinləmədə haqqında bəhs olunan yaşıllıqların maksimum qorunması, ekoloji qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə dair qərar qəbul edilib, götürülən, yeri dəyişdirilən yaşıllıqların mütləq kompensasiyası tələb olunub. Eyni zamanda, şəhər və rayon ərazilərində, xüsusilə yol kənarlarında köküstə qurumuş ağacların köçürülməsinin mövcud qanunvericiliyə uyğun həyata keçirilməsi, ekoloji və mövsümi tələblərin yerinə yetirilməsi və götürülmüş hər bir quru ağacın əvəzində yeni tinglərin əkilməsi şərti qoyulub.

Qeyd edək ki, ictimai dinləmədə müzakirə olunan layihələrin bir qismi vaxtilə ekoloji normativlətə cavab vermədiyi üçün müsbət rəy almamışdı. Həmin layihələr yenidən işlənib və ekoloji qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq müzakirəyə çıxarılıb. Onlara müsbət müsbət rəy verilməsi hazırda razılaşdırılma mərhələsindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə