Deputatlığa namizəd şəhidlərimizi ehtiramla yad edib - FOTOLAR

45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatlığa namizəd olan Səbinə Salmanova, bir neçə vəkili və seçiciləri bu gün dairədə keçirilən görüşlərlə yanaşı, Sumqayıt şəhərindəki Şəhidlər xiyabanını da ziyarət ediblər. SİA xəbər verir ki, Vətənimizin müdafiəsi uğrunda canlarının fəad etmiş igidlərimizin məzarları ziyarət edilib, xatirələri ehtiramla yad olunub. Bu məzarlıqda uyuyanlar arasında Səbinə Salmanovnın da yaxından tanıdığı, onunla bir məktəbdə oxuyan qəhrəmanlar da var.

Bu gün hər bir Azərbaycan vətəndaşının, o cümlədən seçildikdən sonra deputat kimi fəaliyyət göstərəcək şəxslərin həm də şəhidlərimiz qarşısında müqəddəs bir borcu da var. Şəhidlər bizim torpaqlarımızın hər bir qarışını, xüsusi ilə boya-başa çatdıqları məkanları bizə əmanət qoyub getmişlər. Seçiləcək hər bir deputat öz fəaliyyəti ilə bağlı həm öz seçicilərinin, həm də şəhidlərin qarşısında mənəvi bir məsuliyyət daşıyır.

Səbinə Salmanova və onunla birlikdə Şəhidlər xiyabanına gələnlər şəhidlərimizin məzarları üctünə gül dəstələri qoyub, onların ruhlarına dualar oxuyublar.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə