Fərid Qayıbov Şəmkir və Gədəbəy rayonlarının sakinlərini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov Şəmkir və Gədəbəy rayonlarının sakinlərini qəbul edib. Qurumdan SİA-ya verilən məlumata görə, qəbuldan öncə Şəmkir şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Şəmkir Gənclər Evində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə