Hasarların tikintisinə görə icazə qaydaları necədir? - AYDINLIQ GƏTİRİLDİ

“Mülki Məcəllənin və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən, bir qayda olaraq, tikintiyə icazə alınmalı və səlahiyyətindən asılı olaraq müvafiq səlahiyyətli qurum tikintiyə icazə verməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Fariz Əkbərov sözlərinə belə davam edib: “Hasarların tikintisinə dair tələblər bunlardır:

Hər bir tikinti işi müəyyən qanun çərçivəsində həyata keçirildiyi kimi, hasar tikmək də qanunla tənzimlənir. Belə ki, Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır.

• İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir.

• Mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə, qonşu mühəndis-kommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir.

• Qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə