“Uşaqların üzərinə birdən-birə məsuliyyət yükləmək düzgün deyil” - PSİXOLOQ DANIŞDI

“Uşaqların üzərinə birdən-birə məsuliyyət yükləmək düzgün deyil” - PSİXOLOQ DANIŞDI

“Uşaqlara, həmçinin böyüklərə də tətildən sonra gündəlik rejimə adaptasiya olmaq çətin olur. Yaxşı olar ki, valideynlər uşaqlardan dərhal nəticə və dərsə fokuslanmağı istəməsinlər. Bu bir qədər müddət ala bilər. Çünki tətildən sonra işə başlamaq, dərslərə yenidən adaptasiya olmaq insanı depresiyyaya sala bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

O bildirib ki, bu depresiyya insandan-insana dəyişərək yüngül və ağır ola bilər: “Xüsusilə tətil çox şən keçibsə, adaptasiya çox çətin olur. Valideynlər buna hazırlıqlı olmalı və uşaqlara dəstək göstərməlidirlər. Həmçinin uşaqların üzərinə birdən-birə məsuliyyət yükləmək də düzgün deyil.
Valideynlər öz övladlarına digər uşaqlarla rəftar etməyi öyrətməlidirlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə