"Düşüncələrimiz həyatımıza dərindən təsir edən güclü bir vasitədir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.

Onun sözlərinə görə, düşüncələrimiz hisslərimizi və davranışlarımızı şəkilləndirir və istiqamətləndirir: "Müsbət fikirlər bizi motivasiya edir, mənfi fikirlər isə bizə mane olur.
Daimi stress və narahatlıq fiziki sağlamlıq problemlərinə, əqli yorğunluğa və qərar qəbul etməkdə çətinliklərə səbəb olduqda həddindən artıq düşünməyin zərərləri özünü göstərir. Bu vəziyyət həm də sosial izolyasiya, münasibət problemləri, məhsuldarlığın itirilməsi və psixi sağlamlıq problemlərinə səbəb ola bilər".
Leyla Əli sözlərinə belə davam edib: "İnsan ağlında daimi olaraq düşüncələr axır və bu düşüncələr hisslərimizə, davranışlarımıza istiqamət verir. Daha əvvəl də qeyd etdiyim kimi, bu günə qədər psixoloji məsləhət və psixoterapiya ilə bağlı çoxlu sayda elmi araşdırmaların göstərdiyi kimi, düşüncələrimiz hisslərimizi, hisslərimiz isə davranışlarımızı şəkilləndirir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB