Yanvar-iyul aylarında DOST mərkəzlərində 444 min vətəndaşa xidmət göstərilib

Yanvar-iyul aylarında DOST mərkəzlərində 444 min vətəndaşa xidmət göstərilib

Bu ilin yanvar-iyul aylarında DOST mərkəzlərində 444 min vətəndaşa xidmət göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildiriblər ki, 2019-cu ilin may ayından indiyədək olan dövrdə ölkəmizdə 7 DOST mərkəzi açılıb. Həmin mərkəzlərdə 160 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.

DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,3 faiz təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə