Yayda balıq yemək olar? - EKSPERT AYDINLIQ GƏTİRDİ

Yayda balıq yemək olar? - EKSPERT AYDINLIQ GƏTİRDİ

"Bəli, yayda balıq yemək olar. Bəzən deyirlər ki, "r" hərfi olmayan aylarda balıq yemək olmaz. Amma yanlış bir fikirdir". Bu sözləri SİA-ya açıqlamasında Qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, yayda balıq yemək olar: "Çünki balıq ilboyu yeyilməlidir. İnsanlara Omeqa-3, fosfor, vitamin və minerallar lazımdır ki, bu da təbii ki balığın tərkibində var. Ona görə də balığın ilboyu yeyilməsi məsləhətə uyğundur".

Ağa Salamov sözlərinə belə davam edib: "Sadəcə olaraq balıq təzə olmalı, pulları tökülməməli, pulları seyrək olmamalı, qarnı şiş olmamalı, gözləri bulanıq olmamalı, qulaq hissələr tünd olmamalı, biraz açıq şəkildə olmalıdır və s. Yəni bunlara diqqət olunmalıdır və ən əsası balıq qoxusunu dəyişməyibsə və qarnı şiş deyilsə, pulları tökülmürsə o zaman onu alıb istehlak etmək olar. Yetər ki balıq təzə olsun".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə