Peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlandı

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlandı

6 avqust tarixində peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsinin nəticələri açıqlanıb. Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, müsabiqədə iştirak edən şəxslərin nəticələri portal.edu.az platformasındakı “şəxsi kabinet” bölümündə yerləşdirilib.

Həmçinin qeyd edilib ki, peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 17 avqust- 26 avqust tarixlərində (saat 17:00-dək) aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə