Kələmin pəhrizdəki rolu nədən ibarətdir? - DİETOLOQ AÇIQLADI

"Kələm zülal tərkibli qidadır və proteindir. Yəni, biz bitki proteinli qidalanın dedikdə həmişə bu qidaları nəzərə tuturuq. Bura, lobya, paxlalılar və ən vacibi kələm aiddir". Bu sözləri SİA-ya açıqlamasında həkim-dietoloq Leyla Zülfüqarlı deyib.

Leyla Zülfüqarlı sözlərinə belə davam edib: "Ona görə də kələm və onun bir çox növlərini həmişə tövsiyə ediirk. Məsələn, brokoli, gül kələm, qırmızı kələm və s. birbaşa zülaldır. Zülal da orqanizmdə yağ depolamayan qida inqridentidir və tərkibi aminturşusudur.

Digər məqamdan kələmin kalorisi çox aşağıdır. Həm də tərkibində çox böyük su var. Yəni, kələm mədədə böyük porsiyanı əhatə etsə belə çox az ağırlıq verər. Bu da orqanizmə xeyirdir.

Kələmin tərkibi bol vitaminlər və mikroelementlərlə zəngindir. Əsas da vitamin C-yə olan ehtiyacımızı daha çox kələmlə ödəyərik. Ona görə də kələmin hər gün daha çox çiy şəkildə yeyilməsində fayda var deyirik.

Bir çox ət məhsulları yeyirik və yanında kələm olsa çox gözəl olar. Çünki ətin tərkibindəki dəmirin sovrulması üçün vitamin C lazımdır. Məsələn, kələm dolmasının ən böyük üstünlüyü budur. Biz onu kələmli ət formasında yeyəndə həm heyvan mənşəli, həm də bitki tərkibli protein alırıq.

Kələm bədənimizi iltihablı xəstəliklərdən qoruyaraq müdafiə edir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə