Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Rəşad İsmayılov bu gün nazirliyin kollektivinə təqdim edilib.
O, bu təyinata qədər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB