Hovuzda təhlükəsiz istirahət etmək üçün nə etmək lazımdır? - VACİB MƏQAMLAR
Yay aylarında, xüsusilə hovuzda çimmək istəyənlər elektrik təhlükəsizliyinə diqqətlə yanaşmalıdırlar. Belə ki, elektrik cərəyanı təhlükəsi ilə qarşılaşmaq mümkündür. Bəs görəsən, hovuz üçün əsas elektrik təhlükələri nədən ibarətdir? SİA mütəxəssislərin fikrinə əsasən bildirir ki, bunlar sualtı işıqlandırmalar, elektrik hovuz avadanlığı – nasoslar, elektrik uzadıcıları, elektrik yuvaları, televizor, radio və digər elektrik əşyalarının nasazlığından yarana bilər.
Yayda hovuz kənarında istirahət edərkən düzgün işləməyən, yanıb-sönən və ya fasilələrlə işləyən sualtı işıqlara diqqət yetirmək vacibdir. Əgər hovuzda üzən zaman yüngül “elektrik qıdıqlanması” hissi yaranarsa, dərhal üzməyi dayandırmaq və mümkün qədər tez sudan çıxmaq lazımdır. Bunun üçün hər kəs diqqətli olmalı, təhlükəsizlik məsələlərində fəal iştirak etməlidir. Baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün hovuzlarda həmişə standartlara cavab verən elektrik cihaz və avadanlıqlarından istifadə hər kəsi yarana biləcək təhlükələrdən qoruya bilər. Əmin olun ki, quraşdıracağınız elektrik cihazları sizin hovuzunuz (spa, hamam) üçün uyğundur. Mütəmadi olaraq hovuz ətrafında və daxilində quraşdırılmış elektrik avadanlıqlarını təftiş edilməlidir.
Mütəxəssislər elektriklə işləyən cihaz və avadanlıqları su hövzəsindən kənar saxlamağı, batareya ilə işləyən cihazlardan istifadə etməyi tövsiyyə edir. Onların fikrincə, hovuz ərazisinə elektrik cihazlarının gətirilməsi qadağan olunmalıdır.
Qeyd edək ki, hər bir sahədə olduğu kimi, istirahət mərkəzlərində, hovuz kənarında dincələn insanların maarifləndirilməsinə ehtiyac var. Bunun üçün müəyyən tədbirlər yerinə yetirilməlidir. Hər kəsə istirahət zamanı təhlükəsiz istirahət arzu edirik.
Gülnarə Nəriman
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB