Quru ərazilərdə müxtəlif bitkilərin yetişdirilməsi artıq təəccüb doğurmur

Quru ərazilərdə müxtəlif bitkilərin yetişdirilməsi artıq təəccüb doğurmur

Quru ərazilərdə müxtəlif bitkilərin yetişdirilməsi artıq təəccüb doğurmur. SİA xarici mətbuata istinadən xəbər verir ki, KAUST-dan Fernando Maestrenin rəhbərliyi ilə mütəxəssislərdən ibarət beynəlxalq qrup, bitki xüsusiyyətlərinin dünyanın quru ərazilərində dəyişən temperatur və otlaq sahələrinə necə reaksiya verdiyini qiymətləndirib. Belə gözlənirdi ki, təcrübələr bitki müxtəlifliyinin azalmasına gətirib çıxaracaq. Amma yarpaq sahəsi və yarpaq kimyası kimi qida maddələrinin dövriyyəsi ilə əlaqəli əsas xüsusiyyətlər də daxil olmaqla, flora əlamətlərinin dəyişməsi faktiki olaraq artmışdı. Əldə olunan nəticələr "Nature" jurnalında dərc olunub.

Tədqiqata rəhbərlik edən F.Maestre deyib ki, bitkilərin yarpaqlarında elementlərin konsentrasiyası onların inkişafı üçün vacibdir. Bu konsentrasiya bitkilərin otlaq və su stresinə necə reaksiya verdiyini müəyyənləşdirir.
Tədqiqat qrupu dünyanın 25 ölkəsindən quru otlaqların olduğu 98 ərazini seçib. Hər bir sahəyə otlaq təzyiqinin səviyyəsini (otlamadan yüksək otarmağa qədər) əhatə edən çoxlu sahələr daxil idi. Qeyd edək ki, ümumilikdə 326 sahə tədqiq olunub. Burada bitkilərin funksional xüsusiyyətlərindəki dəyişikliklər ətraf mühitin istənilən şəraitinə uyğunlaşma prosesi əks etdirilib. Nəticələr göstərib ki, quraqlıq və otlaq bitki xüsusiyyətlərinin müxtəlifliyi tədqiqat nəticəsində oxşar təsir göstərir və susuz sahələrin, quraqlıqların öhdəsindən gəlmək üçün geniş strategiyaları təşviq edir.

Alimlər bitki yarpaqlarında 14 kimyəvi elementin konsentrasiyası, yarpaq və bitkilərin ölçüsü ilə bağlı əlamətləri ölçüblər. Nəticədə quraqlıq və otlaqların bir çox bitki morfoloji və kimyəvi əlamətləri arasında müşahidə olunan mübadilələrin necə formalaşdırdığı öyrənilib. Əldə olunan dəyərli məlumatlar yüksək səviyyəli quraqlıq sahələrdə yaşıl zolağın salınmasına imkan verir.

Tədqiqatlar bitkilərinin biotik stressorlara və ekstremal ekoloji şəraitə necə reaksiya verdiyinə dair yeni fikirlər təqdim edib və yeni bitki əlamətlərinin necə təkamül edə biləcəyinə işıq salıb. Əsas nəticə ondan ibarət idi ki, əlamətlər müxtəlifliyinin yarısından çoxu yalnız ən quraq və çəmən ərazilərdə müşahidə olunurdu ki, bu da bu ekstremalların fenotipik unikallığını vurğulayır.

Belə ki,tapıntılar quru ərazilərin bitki fenotipik müxtəlifliyinin qlobal rezervuar rolunu oynadığını göstərir. Sərt ekoloji şəraitin bitki xüsusiyyətlərinin müxtəlifliyini azaltdığına dair ümumi inanca qarşı çıxır.

Maestre deyib: "Nəticələrimiz həmçinin quru ərazilərin biomüxtəlifliyinin davam edən iqlim dəyişikliyinə reaksiyasını anlamaq üçün bitkilərin (elementlərin) kimyəvi tərkibinin nəzərə alınmasının vacibliyini vurğulayır". Bitkilərin iqlim dəyişikliyi və intensiv torpaq istifadəsi nəticəsində yaranan, artan streslə mübarizə aparmaq üçün bir çox alternativ strategiyaları ola bilər.

Gülnarə Nəriman

Bütün xəbərlər Facebook səhifəmizdə