Qədim dövrlərdən bəri insanlar güclü və gümrah qalmaq istəyiblər. Buna görə də təbii stimulantların insan həyatında bu qədər əhəmiyyət kəsb etməsi təəccüblü deyil. Qəhvə, çay və kola qozunun canlandırıcı xüsusiyyətləri əsrlər boyu məlumdur. Çin limonu, jenşen və "eleutherococcus" dərman bitkiləri hesab olunur. SİA xəbər verir ki, tərəqqini dayandırmaq mümkün deyil. XX əsrin sonunda bəşəriyyət enerji içkilərini icad etdi. Bu içkilər tez bir zamanda populyarlıq qazandı. Belə ki, bir neçə dəqiqə ərzində onlar bir neçə saat enerjiyə təkan verdilər.
Enerjili içkilərin ziyanını vurğulasaq, deyə bilərik ki, bəzən insanda həqiqətən içkinin yalnız təbii olduğu təəssüratı yaranır. Bəli, içkilərin tərkibində kofein, şəkər, vitaminlər və sağlam taurin də var! Paracelsusun ifadəsini xatırlayaq: “hər şey zəhərdir, hər şey dərmandır; hər ikisi doza ilə müəyyən edilir”.
Bəs görəsən enerji içkilərinin faydası varmı? Əlbəttə ki, var. Elə vəziyyət yaranır ki, o an gücünüzü artırmaq lazımdır. Və enerjili içki həqiqətən iş qabiliyyətini, reaksiyanı və diqqəti artırır. Bəlkə hərdən içmək olar?
Əgər içiriksə, qaydalara uyğun edək: Gündə iki qutudan çox içməməliyik. Əks təqdirdə, mənfi halların qarşısını almaq mümkün olmaz. Əlavə enerji və konsentrasiya tələb edən vəziyyət aradan qaldırıldıqdan sonra bədənin tam istirahətinə və bərpasına icazə verilməlidi.
İdman göstəricinizi yaxşılaşdırmaq üçün enerji içkiləri içilməməlidi. Ürək-damar sisteminə vurulan əlavə stress ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu içkiləri heç vaxt hamilə və körpələrə süd verən qadınlar, uşaqlar, həmçinin, şəkərli diabet və ürək-damar xəstəlikləri olan insanlar içməməlidir. Kofein tərkibli məhsullar qlaukoma, yuxu və psixi pozğunluğu olan insanlar tərəfindən həddindən artıq ehtiyatla istehlak edilməlidir.
Enerji içkiləri alkoqolla qarışdırmaq çox təhlükəlidir! Kofein özü qan təzyiqini artırır və bu birləşmədə onun təsiri dəfələrlə güclənir. Nəticədə infarkt və ya insult mümkündür. Seçim azadlığınızdan ağıllı şəkildə istifadə etmək vacibdir. Qayda ilə için, sağlam olun!
Gülnarə Həsənova
Bütün xəbərlər Facebook səhifəmizdə