AYNA “BakıKart” tətbiqində yaranmış nasazlıqla bağlı açıqlama yayıb
“BakıKart” tətbiqində yaranan müvəqqəti texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə ilə bağlı çətinliklə qarşılaşırlar. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) SİA-ya bildirilib ki, hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır.
“Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”, - AYNA-nın açıqlamasında bildirilir.
Qeyd edək ki, “BakıKart”da yaranmış texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə edə bilmirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB