İstidən necə qorunaq? - VACİB MƏQAMLAR

İstidən necə qorunaq? - VACİB MƏQAMLAR

Yay fəslinin son ayı olsa da, havanın hərarəti kifayət qədər yüksəkdir. Hər növbəti gün havanın necə olacağı və bu istidə sərinlənmək üçün nə etməli olduğunuzu yəqin ki, çox düşünürsüz. SİA sərinləmək üçün bir neçə üsulu nəzərinizə çatdırır.

Bu il yay dünyanın hər bir yerində olduğu kimi Bakıda da isti havalarla müşayiət olunur. Son dərəcə isti keçən günlər hələ də davam edir. Bu günəşli günlərdə müxtəlif sərinlənmə üsullarına nəzər salaq.

Görən bu üsullardan hansını elmi araşdırmaların nəticələri təsdiqləyir?

İsti havalarda çoxlu maye qəbul etmək lazımdır. Çünki böyrəklərin qorunması vacibdir. Mayeni çox soyuq və ya isti içmək barədə mübahisələr hələ də aktualdı. Müəyyən fikirlər var ki, isti içki insanı daxildən müvəqqəti isidir. Bu halda insan daha çox tərləyir və sərinləmiş olur. İnsan bədəni saatda iki litrə qədər tər ifraz edə bilər ki, bu, əsas bədən temperaturuna çatmaq üçün effektiv bir vasitədir. Lakin həmin tər yeni maye ilə əvəz olunmalıdır. Əks halda quruluq baş verə bilər. Bəzi mütəxəsislər isti içkini qəbul etməməyi məsləhət görür. Bəziləri isə həddən artıq çay, qəhvə içməməyi tövsiyə edir. Çünki onların tərkibində quruluq yaradan kofein var. Normal miqdarda qəbul edilən kofeinin sidikqovucu xüsusiyyəti barədə isə fakt yoxdur.

Soyuq içkinin üstünlüyünü göstərən araşdırmalar çoxdur. Müəyyən olunub ki, hərarəti aşağı endirən ən effektiv vasitə soyuq içkilər qəbul edilməsidir. SİA Ottava Universitetinin araşdırmalarına istinadən bildirir ki, tərin artma reaksiyası əsasında isti içkilərin bədəni daha sərinləşdirdiyi sübut olunub. Beləliklə, isti içkilər təri artıraraq bədəni daha sərin saxlaya bilər. Bununla belə, isti içki bəzi məqamlarda bu işin öhdəsindən gəlmir. Belə ki, rütubətli havada və tərin buxarlanmasının qarşısını alan paltarlar geyinəndə. Bu zaman soyuq içki qəbul edilməlidi.

Müəllif: Gülnara Nəriman

Bütün xəbərlər Facebook səhifəmizdə