Uşaqlar cib telefonundan istifadə edə bilərmi? - FAKTLAR AÇIQLANDI

Uşaqlar cib telefonundan istifadə edə bilərmi? - FAKTLAR AÇIQLANDI

Cib telefonlarının sağlamlığa, əsasən də uşaqlara ziyan vurduğu barədə dəfələrlə yazılsa da, söhbət gələcəyimiz olan uşaqlardan gedirsə, mövzuya yenidən qayıtmağa dəyər. SİA xəbər verir ki, cib telefonları elektromaqnit sahələri yaratmağa qadirdir, ona görə də onların şüalanması immun və sinir sistemlərinə mənfi təsir göstərir. Mobil cihazlardan tez-tez istifadə edən uşaqlar diqqətsiz və şıltaq olurlar. Onların yaddaşı, eşitməsi, görməsi pisləşir və onlarda baş ağrıları yaranır. Qloballaşan dünyada az adam öz həyatını mobil cihazsız təsəvvür edə bilər. Onun köməyi ilə uşağı idarə etmək xüsusilə rahatdır. Amma hər kəs mobil telefonların uşaqlar üçün təhlükələri və onların istifadəsinin onların sağlamlığına necə təsir edə biləcəyini bilmir. Bu gün heç kəsə sirr deyil ki, mobil telefonlardan istifadə təkcə uşaqlara deyil, böyüklərə də zərər verir. Lakin böyüyən orqanizm üçün mobil telefonların təhlükəsi daha böyükdür. Uşaqların kəllə sümükləri böyüklərdən daha incədir, buna görə də uşağın sümük iliyi elektromaqnit şüalarını 10 dəfə çox udur. Elektromaqnit dalğaları kompüterlər, televizorlar və mikrodalğalı sobalar tərəfindən də yayılır. Ancaq bütün bu cihazlar bizdən kifayət qədər böyük məsafədə yerləşir. Cib telefonlardan isə uşaqlar bütün gün ərzində ayrılmaq istəmirlər.

Əgər uşağa cib telefonu vermək istəyirsizsə, dəyən zərəri azaltmaq üçün təyyarə rejimini yandırın. Uşaqların telefonda oyun oynamasına icazə verməyin, çünki bu onların görmə qabiliyyətinə zərər verir. 12 yaşından kiçik məktəblilər üçün adi telefon almaq daha yaxşıdır. Bu telefonlar yalnız zənglər üçün tətbiq olunur. Alimlərin fikrincə, 8 yaşınadək uşaqlara cib telefonlarından istifadə etmək tövsiyə edilmir, çünki cihazdan gələn şüalar beyin şişinin inkişaf riski yüksəldir. Övladınız üçün mobil telefon almaq qərarına gəlirsizsə, bu telefonların uşaqlar üçün nə qədər zərərli olduğunu unutmadan belə bir alışın mənfi və müsbət tərəflərini qiymətləndirin. Əgər uşağınız üçün telefon mütləqdirsə, onun cihazdan az istifadə etdiyinə və özündən mümkün qədər uzaq tutduğuna diqqət edin.

Müəllif: Gülnara Nəriman

Bütün xəbərlər Facebook səhifəmizdə