Sosial şəbəkələrdə hər şeyi paylaşmaq nəyə işarədir? - PSİXOLOQ İZAH ETDİ
"Bəzən insanlar sosial şəbəkədə getdiyi yerləri çox xırdalığı ilə paylaşırlar". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, belə insanların, əlbəttə ki, həyatlarının çox hissəsi sosial şəbəkələrə bağlıdır: "Bəzən özlərini digərləri ilə müqayisə edirlər. "Niyə mən orada olmadım, niyə o yeməyi yemədim, niyə o insanlarla məhz o yerdə şəkil çəkdirmədim" deyə, düşünürlər. Əlbəttə ki, öz normal həyatlarında tam da rahat olmayan, həmçinin də istədiklərini tam əldə edə bilməyən insanlar sosial şəbəkələrdə onu göstərməyə çalışırlar. Paylaşmağımız normaldır, getdiyimiz yerləri bölüşməyimiz normaldır. Amma tam xırdalığı ilə və bütün günü ancaq pozitiv görüntülər paylaşmaq insanın ruh halının o qədər də yaxşı olmadığını göstərir. Yaxud da, o cür olmaq istədiyini göstərir, elə olmaq istəyir, amma ola bilmir.
Bir çoxumuz sosial mediada nəzərdə tutulandan daha çox vaxt keçiririk. İnternetdə daha çox zaman keçirmək asılılıq, bağlılıq kimi vərdişlərin yaranması ilə nəticələnir. İnternet asılılığının bir hissəsi olan sosial media asılılığı, əslində fiziki asılılıqdan çox davranış asılılığı olaraq başa düşülür. Başqa sözlə desək, bu asılılıq emosiyalarımıza da təsir edəcək gücə malikdir. İnsanlar müxtəlif səbəblərə görə sosial şəbəkələrdən istifadə edirlər. Bəziləri özünü cəmiyyətdə təsdiq etdirmək üçün sosial şəbəkələrdən istifadə edir.
Ümumiyyətlə, insanlar xaraktercə müxtəlif olurlar. Birinci, ən yaxşı olmaq hər zaman insanların arzusu, istəyidir. Ona görə də insanlar çalışırlar ki, daha çox ən yaxşısını, ən gözəlini göstərsinlər. Bununla da ən yaxşı, ən gözəl ola bilmək üçün addımlar atırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB