Növbəti iki gün ərzində Azərbaycanda havanın temperaturu yüksələcək. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 6-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-38° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında avqustun 6-7-də havanın maksimal temperaturunun Naxçıvan MR və Aran rayonlarında 35-38° isti, bəzi yerlərində 40° isti, dağlıq ərazilərdə 25-30° isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB