Yay aylarında qidadan zəhərlənmək istəmirsinizsə... - MƏSLƏHƏT

Yay aylarında qidadan zəhərlənmək istəmirsinizsə... - MƏSLƏHƏT

Yay aylarında qida zəhərlənməsinin qarşısını almaq üçün bəzi vacib məsələlərə diqqət etmək lazımdır. SİA xəbər verir ki, tez xarab olan qidaların satın alındıqdan və ya hazırlandıqdan sonra 1-2 saat ərzində soyudulması və ya dondurulmasının lazım olduğunu bildirən dietoloq Sedef Aksu otaq temperaturunda çox uzun müddət qalan qidalarda bişirilərək məhv edilə bilməyən bakteriya və ya toksinlər olduğunu deyib. O, dondurulmuş qidaları otaq temperaturunda deyil, soyuducuda əritməyin düzgün olduğunu qeyd edib.

Mütəxəssis vurğulayıb ki, qida zəhərlənməsi bakteriya, parazit, virus və ya toksinlərlə çirklənmiş qida və içkilərin qəbulu nəticəsində baş verə bilər: qida yolu ilə bulaşan və adətən mədə-bağırsaq sistemi şikayətləri ilə birdən-birə inkişaf edən bu vəziyyət qida zəhərlənməsi kimi görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə