2024-cü il Paris Olimpiadası, gender məsələləri və cinsiyyət testləri ilə bağlı müzakirələrə səbəb olub. Xüsusilə, əlcəzairli boksçu İmane Xelifin qadınların boks yarışına qatılması bu müzakirələri gündəmin mərkəzinə gətirib. İtaliyanın baş naziri Giorgia Meloni və Türkiyə Boks Federasiyası bu məsələyə reaksiya göstərsə də, Olimpiya rəhbərliyinin yanaşması da geniş tənqidlərə səbəb olub.
İtaliyanın baş naziri Giorgia Meloni Paris Olimpiadasında Xelifin qadınlararası boks müsabiqəsinə qatılmasını sərt şəkildə tənqid edib. Meloni kişi genetik xüsusiyyətləri olan idmançıların qadın yarışlarına qəbul edilməməsi lazım olduğunu fikrini müdafiə edib. O, bu yanaşmanı qadın idmançıların bərabər şərtlərlə yarışmaq hüququnu qorumaq üçün vacib hesab edib. Meloni X sosial media platformasında italyan boksçu Angela Karinini dəstəkləyib. O, Karininin matçı tərk etmək qərarına da hörmətlə yanaşıb və Paris Olimpiadasının ədalətli idman mühiti yaratmadığını bildirib.
Belə ki, Anjela Karininin Xeliflə oyunu böyük müzakirələrə səbəb olub. Karini matçda aldığı zərbədən sonra burnunun qırılmasından ehtiyat etdiyi üçün müsabiqəni tərk edib. Daha sonra Xelifin müsabiqədən kənarlaşdırılmalı olduğu tələbləri səsləndirilib. Carini bu vəziyyəti məğlubiyyət kimi görmədiyini amma bu matçın ədalətli olub-olmadığına onun qərar verə bilməyəcəyini ifadə edib.
Onu da qeyd edək ki, Türkiyə Boks Federasiyası Paris Olimpiadasında gender uyğunluğu testləri ilə bağlı Xelifin diskvalifikasiyası üçün müraciət edib. Lakin bu müraciət rədd edilib. Olimpiada rəsmilərini deyir ki, müsabiqəyə giriş idmançıların pasport məlumatları ilə müəyyən edilməyə davam edəcək. Bundan əlavə, onlar prosesin mövcud qaydalar çərçivəsində davam edəcəyini və hər hansı bir qayda dəyişikliyinin gözlənilmədiyini bildirib. Məzh bu məsələ müzakirələrin mərkəzində dayanır. Olimpiada Boks Federasiyasının gender uyğunluq testini necə etməsi bir çox cəbhələrdə tənqid olunub. Beləliklə, Xelifin və digər trans idmançıların müsabiqədə yarışmasına icazə verilməsi bəzi idmançılar və milli federasiyalar tərəfindən ədalətsizlik kimi qəbul edilir.
Görünən odur ki, Olimpiada administrasiyasının gender uyğunluğu ilə bağlı yoxlamaları daha şəffaf və elmi əsaslı olmalıdır. Mövcud qaydalara əsasən, gender testindən keçən idmançıların aqibətinin necə olacağı ilə bağlı isə hələlik, heç bir fikir yoxdur. Hər halda Federasiya daha dərin qərar yoxlama prosesi keçirərək çoxluğun ədalətini təmin etməlidir. Beləliklə, idmançıların ədalətli şəraitdə yarışa bilməsi üçün gender uyğunluğu testlərinin və digər qaydaların necə həyata keçiriləcəyi ilə bağlı daha əhatəli qiymətləndirmə aparmalıdır. Çünki idmana xas olan rəqabət ruhunu ədalətli şəkildə qoruya bilmək üçün bərabər şərtlərin təmin edilməsi vacibdir. Əks halda, bu, avropalıların baş tacı etdiyi cinsi azlıqlar üçün heç yaxşı nəticələr yaratmayacaq. Belə ki, medianın və ictimaiyyətin bu məsələyə münasibəti idman qurumlarına və cinsi azlıqlara mənsub olan idmançılara təzyiqləri artıracaq. Beləliklə, bu proses ictimai müzakirələri daha da dərinləşdirə və kütləvi sosial narazılıqlar yarada bilər. Bu prosesdən sonra yaranacaq yeni vəziyyətdə isə cinsi azlıqlara münasibətin pisləşəcəyi təxmin oluna bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB