Bəzi yerlərə yağış yağıb

İyulun 31-i saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur. SİA-ya Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkirdə şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb.

Qərb küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Daşkəsən 20-25 m/s, Goranboy 19 m/s, Naftalanda 16 m/s-dək güclənib.

Bütün xəbərlər Facebook səhifəmizdə