Bu gün Bakının Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq. SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, “Lökbatan” qazpaylayıcı stansiyasında və Binəqədi rayonundakı Ayna Sultanova ölçü qovşağında təmir-bərpa işləri aparılacaq. İşlər yekunlaşana qədər Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksində və bir sıra qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bununla bərabər Binəqədi rayonunun Atatürk, Ziya Bünyatov prospekti və Səttar Bəhlulzadə, Naxçıvani küçələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB