TikTok Azərbaycan Əlifbası və Dili Günündə məşhurlarla ədəbi qiraətlər keçirəcək

TikTok Azərbaycan Əlifbası və Dili Günündə məşhurlarla ədəbi qiraətlər keçirəcək

Avqustun 1-də qeyd olunan Azərbaycan Əlifbası və Dili Günü ərəfəsində TikTok ana dili və ədəbiyyatınıngözəlliyini vurğulamaq üçün nəzərdə tutulmuş “Ədəbiqonaq otağı” layihəsinə start verir. SİA xəbər verir ki, layihə çərçivəsində “TikTok” məşhurlarla birlikdə Azərbaycan poeziyasındancanlı qiraətlər keçirəcək. Həmçinin Azərbaycanınməşhur simaları TikTok-da Azərbaycan şairlərininsevimli şeirləri ilə qısa videolar çəkəcək.
Layihədə müğənni Elnarə Xəlilova, teleaparıcı İlkinHəsəni, aktyorlar Bəhram Bağırzadə və Rafael İsgəndərov, eləcə də musiqiçilər Rəssam və MadTeeniştirak edir. Bayram çərçivəsində Azərbaycan incəsənət vəədəbiyyat xadimlərinin muzeyləri: Bülbülün ev-muzeyivə Səməd Vurğunun ev-muzeyi tərəfindən də canlıyayımlar keçiriləcək.

Qısa videolara baxmaq və yaratmaq üçün aparıcıplatforma olan TikTok Azərbaycanda istifadəçilərəbiliklərini bölüşmək üçün imkanlar yaradır. Həmçinin milli mədəniyyətlərinin gözəlliyini çoxmilyonluq beynəlxalqauditoriyasına yaymaq üçün fürsət verir.

Belə ki, bu il Azərbaycan Respublikası MədəniyyətNazirliyinin dəstəyi ilə həyata keçirilən #TikTokdanÖyrən maarifləndirici layihəsi ölkənin həryerindən istifadəçiləri müxtəlif mövzularda - milli yeməklərdən tutmuş dil öyrənməyə və akademik elmlərəqədər 23 mindən çox faydalı video yaratmağaruhlandırıb. Həmçinin Azərbaycanda istifadəçilərədəbiyyata fəal maraq göstərirlər: məsələn, #kitabfest və #booktokazerbaijan həştəqlərindən istifadə etməkləartıq tövsiyələr və kitab icmalı olan 3,5 mindən çox video yaradılıb. TikTok-da dil və mədəniyyət haqqındabiliklərini bölüşən müəlliflərin sayı artır: məsələn, müəllim Aida Hacıyevanın @ana_dilimde_danis_azərbaycanca düzgün danışmaqla bağlı videolarınaartıq 37 mindən çox abunəçi baxıb.

TikTok Azərbaycan Əlifbası və Dili Günündəistifadəçilərin yeni biliklərə, ədəbiyyata, o cümlədən özana dilini təkmilləşdirməyə marağını dəstəkləmək üçün“Ədəbi qonaq otağı” layihəsinə start verir. Bu təşəbbüsölkənin hər yerindən istifadəçilərə Azərbaycan diliningözəlliyini bir daha görkəmli milli müəlliflərin ədəbiəsərləri vasitəsilə görməyə imkan verəcək.

“Ədəbi qonaq otağı” məşhurların aktyor və layihəaparıcısı Ruslan Sabirli @ruslansabirly ilə birlikdəAzərbaycan dili və ədəbiyyatı haqqında danışacaqları, eləcə də Azərbaycan poeziyasının sevimli əsərlərinioxuyub müzakirə edəcəkləri canlı yayımdır.

Avqustun 1-də baş tutacaq canlı yayımların cədvəli:

• 12:00-13:00 - Bülbülün ev-muzeyində @bulbulmuseumAzərbaycan dilində musiqili tamaşa olacaq, daha sonrafiloloq Mehriban Qasımova Azərbaycan dili ilə bağlımaraqlı faktları bölüşəcək;

• 13:00-13:30 - Ruslan Sabirlidən @ruslansabirlybayram və “Ədəbi qonaq otağı” haqqında giriş sözü;

• 13.30-14.30 - Azərbaycan Milli Elmlər AkademiyasıNəsimi adına Dilçilik İnstitutunun toponimika şöbəsininmüdiri, dosent Elçin İsmayılovla şair Səməd Vurğununyaradıcılığı haqqında söhbət. Şairin ev-muzeyindən@samadvurgunmuseum canlı yayım;

• 14.30-15.00 - Müğənni Elnarə Xəlilova @elnarasmusicilə poeziya dəqiqələri;

• 15.00-15.30 - Teleaparıcı İlkin Həsəni @ilkinhasani iləsöhbət və şeir qiraəti;

• 15:30-16:00 - Musiqiçi Rəssam @ressam.music iləsöhbət və poeziya dəqiqələri;

• 16:00-16:30 - Musiqiçi MadTeen @madteenmusic iləsöhbət və poeziya dəqiqələri.

Canlı yayımlar layihənin aparıcısı və qonaqlarınınhesablarında, eləcə də Mərkəzi Asiya və CənubiQafqazda TikTok yayımçı cəmiyyətinin@tiktoklive_eecca rəsmi hesabında olacaq.

Azərbaycanın tanınmış simaları da qısametrajlı video çəkilişlər aparıblar ki, onlar Azərbaycan müəlliflərininikonik şeirlərini oxuyurlar. Belə ki, aktyor BəhramBağırzadə @bahram_bagirzade Məmməd Arazın "Mənbelə dünyanın nəyindən küsüm" şeirindən bir parça, Mikayıl Müşviqin "Məhəbbət" əsərini isə Rafael İskəndərov @rafael_iskender oxuyub.

“Ədəbi qonaq otağı”nın canlı yayımlarına qoşulun vəTikTok ilə Azərbaycan poeziyası və ana dilinin gözəlliyihaqqında daha çox məlumat əldə edin!

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com