Hansı içkilərin içilməsi məsləhətdir? - MÜNASİBƏT BİLDİRİLDİ

Hansı içkilərin içilməsi məsləhətdir? - MÜNASİBƏT BİLDİRİLDİ

"Qazlı içkilər arzuolunmazdır, heç kim üçün, heç bir bədən quruluşuna birmənalı şəkildə tövsiyə olunmur". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, eləcə də rənglənmiş, şirinləşdirilmiş içkilər arzuolunmaz içkilərdir: "Çox təəssüflər olsun ki, insanların buna çox marağı var. Lakin plastik qabın tərkibində olan kimyəvi maddələrin içkilərə miqrasiya edib insanlarda hansı xəstəlik əmələ gətirməsi tibbdə aydınlaşdırılmayıb. Lakin birmənalı şəkildə tövsiyə olunmur.

Bir sözlə, insanlar yaxşı olar ki, qazlaşdırılmamış, rəngsiz su içsinlər. Yaxşı olar ki, şüşə qabda qablaşdırılmış olsun. Belə tövsiyə olunur. Uşaqları şirin, zərərli içkilərdən çəkindirmək lazımdır. Onlarda öyrəşmə, şirin içkiyə meyil yaradır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə