Ceyranbatan su anbarında suyun səviyyəsi ötən illə müqayisədə qalxıb
Ceyranbatan su anbarında suyun səviyyəsi ötən illə müqayisədə qalxıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hazırda Ceyranbatan su anbarında suyun səviyyəsi 27,49 metr, həcmi 171.37 milyon kubmetrdir: "Keçən ilin müvafiq dövründə suyun səviyyəsi 24,64 metr, həcmi isə 135.35 milyon kubmetr olub".
Vurğulanıb ki, ötən ay gölün səviyyəsi 27,87 metr olub: "Yay aylarında suya tələbat çox olduğundan gölün səviyyəsi günə 1 santimetr düşür. Bizim qurğular gölün 18 metr hündürlüyündən suyu götürür. Yay aylarında suyun götürülməsi norma həddindədir.
Bu göstəricilər yay ayları üçün normal hesab olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB