Niyə uşaqlar çox sual verirlər? - PSİXOLOQ İZAH ETDİ

Niyə uşaqlar çox sual verirlər? - PSİXOLOQ İZAH ETDİ

"Uşaqların müəyyən yaş dövrlərində inkişafları üçün sual vermələri çox vacibdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

O bildirib ki, amma sual təkrarlanan sualdırsa, burada qavrama probleminin olduğunu görə bilərik: "Uşaqlar müxtəlif suallar verirsə, bu, onların beyninin inkişafına müsbət təsir göstərir. Uşaqlar sual verərək öyrənirlər. Amma uşağın çox sual verməsini normal hesab etməyimizin də bir həddi var. Çünki həddindən artıq mənasız suallar verirsə, bu da valideynləri narahat etməlidir. Onların inkişaf ləngiməsi ola bilər.

Ümumiyyətlə, valideyn çalışmalıdır ki, uşağın suallarına səbirlə cavab versin, səbirsizlik göstərməsin, başından etməsin. Çalışmaq lazımdır ki, uşaqla maksimum səbirlə, sakit tərzdə, uşağı dinləyərək, suallarına ardıcıllıqla cavab versinlər. Həmçinin, kəmhövsələ olmasınlar. Əgər valideyn uşağın suallarına cavab vermirsə, sonraya saxlasın və desin ki, biz bir saatdan sonra bunu müzakirə edəcəyik. Uşaq o müddəti gözləməyi öyrənsin.

Sual eyni tiplidirsə, burada bir problem var. Əgər müxtəlif suallar verirsə və öyrənmə xarakterli suallardırsa, bu, uşağın inkişafına səbəb olur. Əgər səbəbsiz və yersiz suallar verirsə, uşağın psixi inkişafının yoxlanması vacibdir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə