Könüllü Xeyirxahlar Birliyinin təşəbbüs qrupunun mətbuat konfransı keçirilib - YENİLƏNİB - FOTOLAR

Könüllü Xeyirxahlar Birliyinin təşəbbüs qrupunun mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, Könüllü Xeyirxahlar Birliyinin təşəbbüs qrupunun sədri, ictimai xadim Vüsal Rzazadə açılış nitqi ilə çıxış edib.

Tədbir torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Təşəbbüs qrupunun yaradılması, bu təşkilat haqqında məlumat verilib. Qeyd edilib ki, təşkilatın məqsədi ondan ibarətdir ki, Respublikamızda belə bir təşkilatın olması haqqında məlumat verilsin.

"Dövlətimizi, dövlətçiliyimizi dəstəkləyən insanlarla yanaşı gözü götürməyən qara qüvvələr də var". Bu sözləri sədr Vüsal Rzazadə deyib. O bildirib ki, bu təşkilat xeyirxah insanlardan ibarətdir. "Kifayət qədər dəstək, sosial yardım çatdırılır. Bununla yanaşı sosial yardım, pensiya almayan insanlar da var ki, həm də kimsəsizdirlər, məqsəd onlara əl tutmaq, problemləri ilə maraqlanmaqdır. Bununla da millətimizə yararlı olmaq bizim daxili hisslərimizdən irəli gəlir. Bunun üçün fəaliyyət göstəririk" - deyə o bildirib.

Tədbirdə iştirak edən şəhid Fərid Şamilovun anası Elnarə xanım təşəkkürlərini bildirib.

Tədbirin davamı Sumqayıt şəhidlər xiyabanında Şəhid Fərid Şamilovun qəbri üzərinə gül dəstələri qoymaqla yekunlaşıb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə