“İnsanların sözləri sanki bir-birinin boğazından keçmir“ - PSİXOLOQ DANIŞDI

“Münasibətlərdəki əvvəlki harmoniya itmiş kimi görünür. İnsanların sözləri sanki bir-birinin boğazından keçmir. Adi bir söz söylədikdə belə, üzlərdə nifrət hiss olunur”. Bu sözləri SİA-ya danışan psixoloq Könül İsmayılova deyib.

Onun sözlərinə görə, insanların içində təşviş, itirmə, ölüm qorxusu kimi duyğular artıb: “Bizdə bu dövrdə müharibə də oldu, bir çox insanlar doğmalarını itirdilər. Bunların hamısı insanın düşüncələrinə, həyata baxış tərzinə ciddi şəkildə təsir edir”.

“Ölkəmizdə insanlar arasında aqressiyanın artmasının bir səbəbi də ictimai məsələlərdir. Həmçinin, insan həyatının texnologiya sayəsində dəyişməsi də aqressiyaya səbəb olur. Müxtəlif texnoloji vasitələr, maşınlar, sənaye təchizatları, insan sayının artması, yaşayış məntəqələrində olan sıxlıq, hər yerdə növbə gözləmə məcburiyyəti və s. də insanları bezdirir. Yəni müasir yaşam tərzi, inkişaf təkcə müsbət nəticə vermir”,- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə