Ev alarkən hansı məqamlara diqqət yetirilməlidir? - EKSPERT AÇIQLADI
“Ümumi hüquqi prosedurlar evin çıxarışı var, yəni satıcı evini satır mülkiyyətdə olan evi alıcı da evə baxır, evi bəyənir və sənədləri ilə tanış olur. Müəyyən bir məbləğdə behləşmə lazımdırsa, bundan ötrü də notariat kontoruna yaxınlaşırlar və beh müqaviləsi və yaxud ilkin alqı-satqı müqaviləsi bağlaya bilirlər. Notariat kontorunda dərhal evin yüklü olub-olmamağına dair yüklülük arayışı çıxarılır. 40 manat dövlət rüsumudur. Dərhal bəlli olur ki, bu ev yüklüdür, ya yüklü deyil. Yüklü deyilsə qısa müddət ərzində qeydiyyatda kimlər olub-olmamasına dair forma iki arayışı tələb olunur və qeydiyyatda olan adamlar könüllü şəkildə qeydiyyatdan çıxarılır”. Bu sözləri SİA-ya danışan əmlak üzrə ekspert Ramil Osmanlı deyib.
Onun sözlərinə görə, bunu notariat kontorunda müəyyən etmək mümkündür: “Bundan sonra alqı-satqıya gedir. Alqı-satqıya gedilərkən də natoriat kontoru əgər birgə nigah dövründə əldə olunan əmlakdırsa, ərin və yaxud arvadın razılıq ərizəsi alınır. Həddi-büluğa çatmış uşaqlar varsa, usaqların razılıq ərizəsi alınır. Və yalnız bundan sonra müqavilə bağlanır. Bu prosedurlar olmadan notariat kontoru bu əməliyyatı həyata keçirməyəcək.
İkinci yol isə klassik Azərbaycan metodudur. Burada əsas, vacib məqam evin mülkiyyətdə olmadığı müəyyən olunursa, bu halda tərəflər öz aralarında sadə bir variantda razılıq əldə edirlər və buna uyğun olaraq addımlarını atırlar. Bu, artıq natoriat kontorundan kənar həyata keçirilir və burada vətəndaşın aldadılma ehtimalı həddindən artıq böyükdür. Ona görə də biz əksər hallarda məsləhət görürük ki, bu cür variantlara gedilməsin. Əmlak alınırsa çıxarış olan əmlak alınsın”.
“Təbii ki bizə, mütəxəssislərə, hüquqşünaslara müraciət edə bilərlər. Bu da bir xidmət növüdür. Vətəndaş böyük məbləğdə evin iki faizi, üç faizi əmlakın dəyərində pul ödəyir. Hesab edirəm ki, bu gün hüquqi xidmət kifayət qədər aşağı bir məbləğdir. Cüzi bir məbləğ ödənilməklə hüquqi xidmət əldə edilə bilər",- deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB