"Farşa heyvanın bütün atılan məhsullarını qarışdırırlar. Yelinin, qabırğalararası istifadə olunmayan, az istifadə olunan ət hissələrini, alınmayan hissələrini qarışdırırlar". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, beləliklə, ucuz farş əmələ gəlir: "İstisna olunmur ki, ona kartof, püre qarışdırılsın və sair. Ona görə farş alan zaman insanlar diqqətli olmalıdırlar.
Bəzən də insanlar təzə ət alır, orada da onu çəkdirmək istəyirlər. Məlumdur ki, farşa çevirən maşınların tutumu çox böyükdür, 2 kiloqrama qədər ət tutur. Qəssablar köhnə, xarab olmuş ətləri saxlayırlar, yeni alınan əti onun üzərinə atırlar və farşı çəkib verirlər. İnsanlar bu hallara diqqətli olsunlar. Əvvəl tələb etsinlər ki, ət maşını işləsin, içində qalan ətlər çıxsın, ondan sonra aldıqları əti oraya əlavə etsinlər. Bir sözlə, farşa mümkün olan qatqıları, piyləri qatırlar. Ona görə də farş Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun yemədiyi bir qidadır".
Bütün xəbərlər Facebook səhifəmizdə