"Gender münasibətlərinin hər ölkədə eyni tətbiq olunması düzgün deyil" - MÜNASİBƏT BİLDİRİLDİ
"Gender məsələsi termini ortaya çıxandan dəfələrlə bu barədə yazmışam ki, çox təəssüf ki, Azərbaycanda gender məsələsini axıra kimi yaxşı mənimsəyib bu sahədə işlər aparmırlar". Bu sözləri SİA-ya açıqlamasında şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu deyib.

O bildirib ki, avtomatik olaraq hansısa bir beynəlxalq sənəddən, Avropa ölkələrindən bizdə tez-tez "gender bərabərliyi" deyilir: "Mən bunu da xeyli tənqid etdim. Həmişə dedim ki, "gender münasibətləri" demək lazımdır, "gender bərabərliyi" yox.
Bu gender münasibətlərinin bir ölkədə olduğu şəkildə digər ölkədə tətbiq olunması düzgün deyil. Gender münasibətlərini formalaşdırmaq üçün təbliğ etdiyim yol budur ki, bir ərazidə gender münasibətlərindən söhbət gedirsə, fikirləşmək lazımdır ki, qadınlarla kişilərin hüquqları qorunmaqla onlar bir-biri ilə nə cür münasibətdə olmalıdır ki, həmin yerdə daha ahəngdar münasibət yaransın? Məsələn, Lerikdə gender münasibətləri ilə Xaçmaz, Sumqayıt, Bakıdakı gender münasibətləri eyni olmayacaq. Onun üçün bizim ölkəmizdə bu sahədə məsələlərə elmi tərəfdən yanaşmaq lazımdır. Baxmaq lazımdır ki, bir rayonda gender münasibətləri nə cür olanda daha ahəngdar münasibət yaranır".
"Ahəngdar münasibətin böyük bir sirri var ki, o münasibət getdikcə prosesləri tənzimləyir, daha uyğun normalar formalaşdırır. Ailədə də deyirlər ki, gender münasibətləri qorunmalıdır. Bir ailədə bu münasibətlər ahəngdar münasibət yaradırsa, həmin münasibətlər başqa bir ailədə gərginlik yaradır. Ona görə biz hələlik gender haqqında danışanda sanki bir əzbərçi adamın danışdığı kimi danışırıq. Bu məsələlərin ciddi, həqiqi, elmi tədqiqata böyük ehtiyacı var" - deyə sosioloq əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB