Müsadirə olunmuş 248 kiloqram narkotik vasitə məhv edilib

İyulun 22-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə “Bakı Neft Maşınqayırma Zavodu” MMC-nin inzibati ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 248 kiloqram 293,151 qram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının məhv edilməsi prosesi həyata keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib. İşçi Qrupunun təşkilatçılığı ilə keçirilən məhvetmə prosesində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyasına üzv olan prokurorluğun, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Ümumilikdə 17 cinayət işi üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş 211 kiloqram 690,27 qram həşiş, 19 kiloqram 934,25 qram və 55 ml tiryək, 11 kiloqram 860 qram marixuana, 4 kiloqram 302,241 qram heroin, 506,39 qram metadon yandırma üsulu ilə məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə