Pis vərdişlərdən necə əl çəkək? - PSİXOLOQ İZAH ETDİ

Pis vərdişlərdən necə əl çəkək? - PSİXOLOQ İZAH ETDİ

"Cəmiyyətimizdə pis vərdişlərin sayı artır. Bunun səbəbi insanların aludəçilikləridir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

O bildirib ki, uşaqlıqdan öyrədilmiş bəzi aludəçiliklər, yəni onlardan asılı olaraq, olmayaraq iradi və qeyri-iradi aludəçiliklər gələcəkdə böyük vərdişlərə gətirib çıxarır: "Pis vərdişlər deyərkən biz həm narkotiklərdən istifadə, həm içki, alkoqolizm nəzərdə tuturuq. Bu dəqiqə cəmiyyətdə daha çox yayılan telefon asılılığıdır ki, insanların həyatına çox mənfi təsir göstərir. Bütün işləri ertələnir, yarımçıq qalır. Belə insanların demək olar ki, bütün narahatlıqları və problemləri elə buradan başlayır. Bəzən biz alkoqolizm və narkotikdən danışırıq, amma telefon asılılığından və onun pis tərəflərindən çox az danışırıq.

Hal-hazırda oyun xəstəliyi deyilən bir psixoloji problemləri olan insanlar var ki, heç cür oyundan ayrıla bilmirlər. Bu da onların yeniyetmədirsə, dərslərinə, böyük insandırsa, ailə həyatına mənfi təsir göstərir.

Uzaqlaşdırmaq üçün birinci bunu körpəlik yaşlarından vərdiş halına gətirmək lazımdır. İkincisi isə mübarizə aparmaq lazımdır. Lazım olarsa, psixoloji dəstək, başqa üsullardan, ətrafdakı insanlardan, dost, yaxınlardan yardım istəyərək bu prosesi həyata keçirmək olur. Əlbəttə ki, insanın özünün fərqində olması da vacibdir, həm də onun bu fərqindəliyi yaratmasına kömək etmək lazımdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə