Taksilərlə bağlı daha hansı dəyişikliklər gözlənilir? - MÜNASİBƏT BİLDİRİLDİ

Taksilərlə bağlı daha hansı dəyişikliklər gözlənilir? - MÜNASİBƏT BİLDİRİLDİ

"Taksi fəaliyyəti üçün icazə verilən avtomobillər elə olmalıdır ki, müəyyən şərtləri ödəsin". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

O bildirib ki, o şərtlər birinci növbədə komfortlu olmaqdır: "Yəni həmin şərtlər insanın rahatlığıdır. İndi istehsal olunan avtomobillərin demək olar ki, böyük bir hissəsində kondisioner var. Burada söhbət təkcə kondisionerdən getmir, ümumi havalandırma, sərinləmə, ümumi hava qurğularının istifadə olunması kimi faktorlar vacib bir element halında olmalıdır. Çünki müasir, 2010-cu ildən sonra olan avtomobillərin əksəriyyətində kondisioner var. Burada soyutma, isitmə sistemindən söhbət gedir. Yəni təkcə yay ayı üçün deyil, qışda da Bakı həm günəşli, həm də küləkli olur. Ona görə də bu kimi amillər nəzərə alınmalıdır.

Bu gün ölkəmizdə çoxlu tədbirlər təşkil olunur, xarici vətəndaşlar gedib-gəlir və sair. Ona görə də bu, mütləq nəzərə alınmalıdır. "Tədbir bu gün bitdi, sabah olmayacaq", belə şey yoxdur. Tədbirlər həmişə olub, müstəqillik qazandıqdan sonra, 2005-2006-cı ildən Bakıda həmişə kütləvi tədbirlər olub. Onun üçün bu məsələləri cəmiyyətimiz anlayışla qəbul etməlidir. Cəmiyyətimiz bu kimi atılan addımları dəstəkləməlidir. Çünki şəhərin öz mühiti, şəhərin öz ab-havası, texniki parametrləri var. Ona görə də bu parametrlərlə ayaqlaşmaq lazımdır. Dünya standartlarına, dünya səviyyəli olan şeylərin də ölkəmizdə tətbiqinə çalışmalıyıq. Biz dünyanın bir parçasıyıq, ən ayrılmaz, gözəl məkanlara sahib olan bir parçasıyıq. İnsanlarımız yaşayış məsələlərində o parçanın bir üzvü olmalıdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə