Velosiped yollarından qanunsuz istifadəyə görə inzibati tənbeh müəyyən edilib

Velosiped yollarından qanunsuz istifadəyə görə inzibati tənbeh müəyyən edilib

Azərbaycanda avtobus zolaqları və velosiped yollarından digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib. SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu inzibati xətaların hər biri 100 manat cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir.

Həmçinin ilk dəfə olaraq ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançası və ya ictimai nəqliyyatın dayanacaq yeri yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və yaxud durması ilə əlaqədar bal tətbiq olunur.

Piyada təhlükəsizliyi və rahatlığının artırılması, mikromobillik vasitələrinin maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə ilk dəfə olaraq nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat cərimə və 2 bal inzibati tənbeh tədbiri müəyyən edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə