"Azərbaycanda informasiya təhlükəsizliyi üzrə koordinasiya komissiyası fəaliyyətə başlayandan sonra ölkədə ciddi dəyişikliklər baş verdi və bu sahədə ciddi inkişaf oldu. Ölkə səviyyəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gördüyü müxtəlif tədbirlər var. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət orqanlarının təhlükəsizliyi ilə bağlı məsələlərdə çox yaxından iştirak edir. 2022-ci ildə yaranmış Azərbaycan kibertəhlükəsizlik təşkilatları assosasiyası artıq ciddi maarifləndirici tədbirlər görür. Assosasiya müxtəlif tədbirlər keçirərək, həm məktəblərdə, həm də universitetlərdə maarifləndirmə işləri aparır”. Bu sözləri SİA-ya danışan İT üzrə mühəndis-ekspert Bəhruz Əliyev deyib.
Onun sözlərinə görə, son illərdə yaranmış Azərbaycan kibertəhlükəsizlik təşkilatları assosasiyası var: “Bu assosasiya müxtəlif tədbirlər keçirərək, həm məktəblərdə, həm də universitetlərdə bu mövzuda ciddi marifləndirmə işləri aparırlar. Qanunvericililiyin beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi ilə bağlı layihələr həyata keçirilir. Azərbaycanın informasiya və kibertəhlükəsizlik üzrə milli strategiya layihəsi hazırlanıb. Eyni zamanda bu yaxınlarda Nazirlər Kabineti Kritik İnformasiya İnfrastrukturu barədə qərar qəbul etdi. Bununla yanaşı universitetlərdə kibertəhlükəsizlik üzrə yeni ixtisaslar yaranıb və gənclərin da bu sahəyə ciddi marağı var".
"Bizim hər birimiz mütləq mənada məlumatlı olmağa çalışmalıyıq. Vətəndaşlar kibertəhlükəsizlik üzrə aktual təhdidlər və onlardan qorunmaq üsulları barədə daimi olaraq biliklərini yeniləməlidir. Azərbaycanda cəmiyyətin kibertəhlükəsizlik üzrə maarifləndirilməsi və aktual kibertəhdidlərlə bağlı məlumatlandırılması ilə bağlı səlahiyyətli qurum RİNN yanında Elektron Təhlükəsizlik Xidmətidir. Eyni zamanda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin saytında ciddi maarifləndirici məlumatlar mövcuddur və istəyənlər bu məlumatlardan ciddi formada yararlana bilər. Bu qurum mütəmadi olaraq öz sosial şəbəkə hesablarında cəmiyyət üçün faydalı məlumatlar paylaşır. Vətəndaşlar bu kanalları izləməklə kiberhücumlardan qoruna bilərlər",- deyə ekspert bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB